📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hava ilə bağlı XƏBƏRDARLIQ: Noyabrın 16-sı səhər saatlarından... VİDEO

2021-11-15 13:43:00

Hava ilə bağlı XƏBƏRDARLIQ: Noyabrın 16-sı səhər saatlarından... VİDEO

Noyabrın 16-sı səhər saatlarından etibarən hava şəraitinin dəyişəcəyi gözlənilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O əlavə edib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək: "Noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var".