📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hava limanında maşın yandı - Video

2022-11-08 11:24:00

Hava limanında maşın yandı - Video

Heydər Əliyev Beynəlxalq Hava Limanının aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə hava limanının Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.