Hava zərbələri təhlükəsi səbəbindən Ali Rada iclası LƏĞV ETDİ
2026-08-20 19:05:01
Ukrayna Ali Radası davam edən hava həyəcanı siqnalları və hava zərbələri təhlükəsi fonunda avqustun 20-nə planlaşdırılan iclasını ləğv edib.
Hurriyyet.media xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentindəki mənbələrə istinadən yayılıb.
İclas qeyri-müəyyən müddətə təxirə salınıb.
Ukrayna mənbələrinin məlumatına görə, Kiyevdəki vəziyyət dəyişməz qalacağı təqdirdə, deputatlar işlərini parlament binasından kənarda, daha təhlükəsiz bir yerdə davam etdirə bilərlər.