📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Havay adalarından yanğın ölümlərə səbəb oldu, şəhər külə döndü

2023-08-12 10:15:00

Havay adalarından yanğın ölümlərə səbəb oldu, şəhər külə döndü

Hurriyyet.az “Komsomolskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Havay adalarında baş vermiş yanğının qurbanlarının sayı 67 nəfərə çatıb. Bu barədə məlumat Maui bölgəsinin saytında dərc edilib. Məlumatda deyilir: “67 nəfərin ölüm faktı təsdiqlənib”. İtkin düşənlər var. Havay krallığının qədim paytaxtı Lahayn şəhəri dəqiqələr içərisində külə dönüb, yanğını hələ də söndürmək mümkün olmayıb.

Bəzi sakinlər alovdan canlarını qurtarmaq üçün okeana pənah aparıblar. Minlərlə insan evini itirib.

Maui adasının sakinlərini qəfil yaxalayan meşə yanğınlarını Dora qasırğasının güclü küləyi törədib. Alov gecə saatlarında ətrafı bürüyüb. Aralarında uşaqlar da olmaqla, adamlar təhlükədən qorunmaq üçün okean sularına tökülüşüblər.

Vəziyyətin fəlakətli həddə çatması adalarda fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.

Hürr Tərcüman