Havay adalarının əhalisi ABŞ-dan ayrılmaq istəyir
Hurriyyet.az xəbər verir ki, Britaniyanın “Qardian” (Guardian) nəşri Havay adalarında baş vermiş yanğınlardan sonra yerli əhalinin ABŞ tərkibindən çıxıb müstəqil olmaq arzusunun gücləndiyini yazıb.
Məqalədə deyilir: “Köklü havaylıların suverenlik uğrunda mübarizəsi avqust ayındakı meşə yanğınlarından sonra daha da kəskinləşib. Həmin yanğınlar nəticəsində Mauinin qərb hissəsi külə dönüb”.
Yerli xalqların nümayəndələri olan aktivistlər bildirirlər ki, yalnız Havay adalarının müstəqilliyinin bərpası sayəsində adaların gələcək nəsillər üçün qoruyub saxlamaq mümkündür.
Yanğınlar nəticəsində çox böyük sayda yaşayış evləri məhv olub, 10 mindən artıq havaylı köçkünə çevrilib. Havay adalarında bir evin orta qiyməti 1 milyon dollardan bahadır. Mənzil böhranının ən çox yerli xalqlara zərbə vurduğu bildirilir.
Hürr Tərcüman.