Hazardın yeni ünvanı bəlli oldu
2022-12-13 21:12:00
Madrid "Real"ının belçikalı futbolçusu Eden Hazard komandanı tərk edəcək.
Hurriyyet.Az İspaniya mətbuatına istinadla xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi ABŞ-ın MLS Liqasında mübarizə aparan klublardan biri ilə anlaşıb. Həmin klubun adı dəqiqləşməsə də, Hazardın mövsümün sonunda "kral klubu"nu tərk edərək okeanın o tayına üz tutacağı gözlənilir.
Qeyd edək ki, sözügedən futbolçuyla Türkiyənin "Qalatasaray" klubu da yaxından maraqlanır.
Əlavə edək ki, 2019-cu ildən "Real"da çıxış edən təcrübəli oyunçu komandanın heyətində 72 oyuna çıxıb. O, bu matçlarda 7 qol vurub, 11 məhsuldar ötürmə verib. \\Offsideplus.az