📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hazırda silahlı qüvvələrin yenidən səfərbərliyi əsas məsələmizdir” - Əfqanıstan Prezidenti

2021-08-14 13:30:00

“Hazırda silahlı qüvvələrin yenidən səfərbərliyi əsas məsələmizdir” - Əfqanıstan Prezidenti

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni ölkəsinin təhlükəsizliyi üçün prioritet addımlarını elan edib.

“Report” “Tolonews”a istinadən xəbər verir ki, o, silahlı qüvvələrin yenidən səfərbərliyinin vacibliyini vurğulayıb.

“Hazırkı situasiyada Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələrinin yenidən səfərbərliyi bizim başlıca məsələmizdir. Prezident olaraq vətəni müdafiə etməyə davam edəcəyəm. Beynəlxalq görüşlərimiz də davam edəcək”, - Əfqanıstan Prezidenti bəyan edib.