Həbib Nurməhəmmədov futbolçu kimi bu klubla MÜQAVİLƏ İMZALADI
2021-08-14 20:24:00
Rusiyalı UFC Çempionu Həbib Nurməhəmmədov bir müddət əvvəl futbolçu olmaq arzusunu dilə gətirmişdi.
"Futbol idman növlərinin şahıdır", - deyən Dağıstan əsilli idmançı artıq bu xəyalını gerçəkləşdirib. Belə ki, Nurməhəmmədov Rusiyanın 3-cü liqa təmsilçisi "Dinamo Legion" klubu ilə müqavilə imzalayıb.
Rusiya mətbuatı Həbibin 2015-ci ildə yaradılan komandada çıxış edəcəyini yazır.
Qeyd edək ki, Nurməhəmmədov bu yaxınlarda verdiyi açıqlamada futbolçu olmaq üçün Kriştiano Ronaldo və UEFA prezidenti Aleksandr Çeferinlə məsləhətləşdiyini bildirmişdi. \\Offsideplus.az
