Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı üzə çıxdı
2026-10-03 21:07:14
Hakimlərlə bağlı araşdırma çərçivəsində həbs edilən Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdunun məhkəmədə verdiyi ifadə üzə çıxıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Fərhat Gündoğdu hakim Kerem Ersoyu onu təhdid etmədiyini, əksinə, "böyük qardaş kimi" məsləhət verdiyini bildirib.
Gündoğdu Kerem Ersoyun TFF və MHK rəhbərliyi barədə həmkarları arasında xoşagəlməz ifadələr işlətdiyini öyrəndiyini deyib. O, bu barədə Ersoyun keçmiş hakim olan atasına da məlumat verdiyini bildirib.
"Yarandığı dövrdə səlahiyyətim daxilində onun hakimliyinə xitam verdirə bilərdim, amma bunu etmədim", - Gündoğdu ifadəsində deyib.