📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Həbs” olunmuş səslər, yoxsa sədrin inadkarlığı?..

2021-12-21 14:21:00

“Həbs” olunmuş səslər, yoxsa sədrin inadkarlığı?..

Başlıq oxucunu təəccübləndirməsin və bunu yazarın dedektiv axtarışı kimi də qəbul etməyin. Sadəcə, bir qrup “böyüklərin” şakəridir ki, ağlına batmayan, zöv­­qü­nə yatmayan, deyək hansısa xanəndəni xoşlamayan təqdirdə nə ölüyə, nə də di­ri­­yə hörmət qoyur. Mətbuat yazır, şifahi söylənilir, lakin bu tənqidlərin nə kəsə­ri­nə, nə də səmimiyyətinə reaksiya verilmir. Bu məqamda ötən əsrin 50-ci illərində “Kir­­pi” jurnalında “Burada mənəm, Bağdadda kor xəlifə” adlı məşhur felyeton çıx­mış­­dı. Bu günə – XXI əsrə o kor xəlifə çıxmadısa, ömrü vəfa eləmədisə, yazının adı yaşadı. Təbii ki, məsələ bir vəzifəli adamın mənəmliyindən, hikkəliyindən, bir söz­­lə, eqoizmindən gedir. Bu gün yaddaşımızı “qurdalayanda” o kor xəlifəyə rəh­mət oxuyursan ki, xələflərin mənəmlikdə səni çox-çox geridə qoyur. Sən yarı yolda ikən beləsi finişdə əlləri başı üstdə yaylıq kimi yellənir. Mətləbdən azca uzaqlaş­dım və bu ekskursiyamı məqaləmin fatulası hesab edin.

Azərbaycan musiqisinin beşiyi sayılan Qarabağımızın təkrarsız xanəndələri ol­muşlar, müasirlərimiz sayılan Xan Şuşinski, Seyid Şuşinski, Mütəllim Mütəl­li­mov, Əbülfət Əliyev, Arif Babayev və başqalarını görmüşük, canlı oxusunu dinlə­mi­şik, habelə televiziya ekranında baxıb səslərilə, oxu mədəniyyətlərilə, gözütox­luq­ları ilə qürurlanmışıq. Bu həqiqətləri xatirələrə əsaslanmadan deyirik. Yəni bəl­kə də təkrar olunmayacaq tarixi birbaşa yaşamışıq. Və böyük inamla yaşayacaq­la­rı­na şübhə etməmişik. Lakin sən demə, bu nikbinliyə Azərbaycan “Televiziya və Ra­dio verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sonuncu sədri, tamaşaçılarda si­ya­si ic­malçı kimi təsvir oyadan Rövşən Məmmədov klassik xanəndələrin səsinə “həbs” hök­münü hansısa prinsiplə qoymuşdur.

Sədr R.Məmmədov yəqin ki qayğılarının çoxluğundan – (hər həftənin so­nun­da ciddi mövzuya) hazırlaşmaq asan deyil, ümumiyyətlə, milli musiqimizi Bey­nəl­xalq səviyyədə min bir çarpışmalardan sonra bu dəyəri reallaşdıran Azərbaycan Res­publikasının Vitse prezidenti, xoşməramli, xeyirxah Mehriban xanım Əliyeva­nın bu sahədə fəaliyyətini unutmuşdur. (sədr bilməmiş deyil “məram” sözü istək, ar­zu – niyyət mənalarını verir, üstəgəl, “xoş” sözü ilə qoşa işlədilir). Unutqanlıq, yə­ni yad­daşın zəifləyə bilir, lakin unudulmur milyonlarla dinləyicinin Milli – bə­şə­ri sta­tus qazanan muğamları nəsillərə yadigar qoymuş Xan Şuşinskinin, Seyid Şu­şins­­ki­nin, Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin məktəbi ilə yanaşı Canəli Ək­bə­rovun, Tə­lət Qasımovun, Qulu Əsgərovun, Qədir Rüstəmovun, Məmmədbağır Ba­ğırza­də­nin və digər mərhumların “Qızıl fond”da qorunan, yubileydən yubileyə səs­lənən mu­ğam oxuları nə səbəbdən, barı, həftəlik muğam saatlarında (bir saat da vaxt ve­ril­mir, 35 dəqiqə ilə kifayətlənir) ölməz sənətkarlar yeni nəsillə “görüş­sün­lər!” Axi­rət dünyasına inanırıqsa, sədr Rövşən Məmmədovu da istisna etməzdim – ruh­­la­rına süzülər yadigar qoyub getdiyi səsləri. “Ölməzlik” anlamı insan canına aid de­­yil, insanın əməlinə, qoyub getdiyi dəyərələrə şamildir.

Bu adları xatırlamaq musiqisevərlər üçün çətindir, ilahidən gələn səsin sa­hib­lərinin zövqsüz, milli musiqimizə laqeyd, muğamı misqalla milyon tama­şa­çı­ya, dinləyiciyə əsirgəmək, həm də mərhumların yaşayan nəslinə hörmətsizlik de­yil­mi? Bu, bir tərəfidir problemin. Başqa bir yönü isə muğam dünyasına yenicə doğul­muş­ların ustad dərsi aparmasıdır. Mən çap olunmuş məqalələrimdə (“Hür­riy­yət” qə­zeti 20-21 və 22-23.04, 6-7 və 8-9.07 saylarında) bu barədə toxunduğum üçün tək­rarlamaq istə­mə­dim. Mən istedadlı cavanlardan Təyyar Bayramovu, İlkin Əh­mə­dovu, Babək Niftə­li­yevi, Elnur Zeynalovu, Etibar Hüseynovu, Mirələm Mi­rələ­­mo­vu təqdir edirəm. On­lar səsləri üstündə ikən bir-iki muğam oxusu ilə kifa­yət­lən­mə­məlidirlər, eləcə də təsniflərlə, xalq mahnıları ilə.

Səs sevgi kimidir, vaxt ye­tişir, canı – ruhu tərk edir, səs boğazda bitən çiçək­dir, solur. Səs həm də eşqdir, ömürlükdür, ta son nə­fə­sə qədər. Necə ki Xanda, Bül­büldə, Rəşiddə səsləri Eşqlə doğulmuşdu, bu Eşqi öz­lə­rilə apardılar, xoşbəxt­lik­dən lentə aldılar, televiziya ekranları üçün xeyirxah, mə­su­liyyətli, yüksək zövqlü mü­təxəssislər əbədiləşdirdilər. Yaxşı olardı sədr R.Məm­mə­dov sələflərinin şərəfli işi­ni davam etdirsin, enerjili saatlarını, ona tapşırılan və­zi­fə borcuna “xərcləsin”.

Mən kişi muğam oxuyanları xatırladım – mərhum sənətkarları, axı bizim Şöv­kət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Qəndab Quliyeva, Nəza­kət Məmmədova, Fatma Mehrəliyeva zirvə fəth etmiş qadın oxuyanlarımızın te­le­viziya lent yazıları nə üçün xalqımızın musiqi zövqündən gizlədilməlidir? Buna yol verənlər nə üçün hökumətin qınağına, cəzasına “layiq” görülməsin? Belə mən­tiq anlaşılır: Məsul vəzifə etibar olundu, nə istəsən sənin səlahiyyətindədir, xatır­lat­dı­ğım kimi, burada – vəzifədə Mənəm, Bağdadda kor Xəlifə! Açması isə Teleradio mə­kanında sədrdir, ekranda monoton oxuyanlardır! Elə isə Heydər Əliyev Fondu­nun pre­zidenti, böyük səyin müəllifi Mehriban xanım Əliyevanın iradəsi əleyhinə get­mə­yə dəyərmi?!

Mən daha bir məsələyə toxunmaq istərdim, musiqişünaslarımızın baş alıb ge­dən “sənət əsərlərinə”, “bəslədiyi mahnılara”, Əməkdar və Xalq artisti fəxri adın­­dan istifadə edən, adını bəstəkar və xanəndə qoyub ekrandan əl götürmə­yən­lərin qar­şısında aciz qalan musiqi bilicilərinə, musiqi üzrə alimlik dərəcəsi alan­la­ra, ek­ran­da saatlarla vaxt aparanlara iradımı bildirmək istərdim. Tanınmış bəstəkar və mu­siqişünas Sərdar Fərəcov, Səadət Təhmiraz qızı və başqa peşəkar musiqi bili­cilə­ri və peda­qoq­la­rı­dır, muğamın təbliğatçılarıdır, yəqin ana televiziyada başdan­sov­du, mono­ton, səsi mu­ğam musiqisinə yaraşmayan gənc (bu ad altında efirdən düş­məyən) oxu­yanlara tən­qidi fikirlərini deməkdən çəkinmələri ancaq təəssüf do­ğu­rur. Bu ka­te­qoriyadan olan musiqişünaslar ədəbiyyatçılardan nümunə götürsün­lər. Ədəbiy­yat­şünaslar hər yeni əsərə, yenicə yazanlara öz sözlərini, eyni zamanda, irad­larını açıq­ca mətbuatda gizlətmirlər, onlar da təhsil müəssisələrində dərs apa­rır­lar, bu, heç də onların peşəkar fəaliyyətinə mane olmur. Bizdə isə musi­qi­şünas­lar “müəllif ve­rilişlərində” belə susurlar, çalınmış, dinlənilmiş, oxunmuş mu­siqi əsər­lərindən tək­rar-təkrar söz açırlar. Üzeyirbəydən sonra Q.Qarayev, Cöv­dət Ha­cı­yev, F.Əmi­rov, H.Xanməmmədov, Arif Məlikov, Aqşin Əlizadə, Emin Sa­bitoğ­lu­dan, Eldar Mansurovdan (və baş­qa­ları da istisna deyil) sonra görünən, “dişə də­yən” bir bəstəkar da yetişməmişdir. Bir səbəb də baş alıb gedən qondarma, xalq ru­hu­na yad, kəpənək kimi br günlük ya­şa­yan musiqiçilərdir. Klassiklərə dəfələrlə qa­yıt­maq, eyni fikirləri söyləmək (on­ları ikinci plana daxil etməkdən söhbət get­mir) nə qədər vacibdirsə, yad, bəsit mə­na­sız mahnılara qarşı peşəkarların təhlili da­ha çox ehtiyaclıdır.

Mən və mənim kimi yazarlar dinləyici zövqü ilə mühüm məsələləri xatırla­dı­­rıq, laqeyd yanaşmanı dilə gətiririk, lazımsa yazırıq, lakin musiqiçi alimlərin ya­naşması son dərəcə əhəmiyyətlidir. Görünür, onların başı fərdi qayğılara (bu da gə­rək­lidir) qarışır, yaxud beş-altı qəzet var ki, haqlı tənqidi boğmur, polemik mə­qalə­lə­­rə yer ayırır – musiqişünaslar isə oxumurlar. Pedaqogikada zərb – məsələyə ox­şar fi­kir var: “Təhsilin vəziyyəti haqqında ən düzgün fikri valideynlərdən soru­şun”...

Əvvəlki fikrimə qayıtmaq istərdim ki, oxucular sözümü sərt qarşılaya bilər, in­san sağlamlığına məlhəm olan musiqini ölməz xanəndələrimiz oxuyub bizə əma­nət veriblər, onlar əsla düşünməmişlər ki, bir vaxt kəsiyində laqeydlikdən, zövq­süz­­lükdən, vəzifə səlahiyyətindən sui – istifadə edən, bir vaxt çox faydalı yeniliklər um­­duğum Rövşən Məmmədov, atalar demişkən: “Qaş düzəldən yerdə gözü də çı­xart­dı” qənaətinə gəldim. Yox, göz hələ görür və gördüklərini bu cür ifadə edir: Te­­­leviziya (o cümlədən, ATV...) dövlətindir – xalqındır, sizin fərdi zövqünüzlə fəa­­­liy­yət göstərmir. Səsi isə həbs etmirlər...