📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həbsdə olan eks-nazirin bu ifadələri ölkəni ÇALXALADI - ŞOK DETALLAR

2026-11-09 13:58:26

Həbsdə olan eks-nazirin bu ifadələri ölkəni ÇALXALADI - ŞOK DETALLAR

İstanbul Baş Prokurorluğunun apardığı fond istintaqı çərçivəsində həbs edilən sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya ilə bağlı yeni detallar ortaya çıxıb.

Hurriyyet.net  Türkiyə mətbuatına istinadla bildirir ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunun tələblərini pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda ittiham edilərək həbsxanaya göndərilən Kayanın verdiyi ifadə diqqət çəkib.

“Hürriyet” qəzetinin yazarı Ayşegül Ustanın xəbərinə görə, evli və iki uşaq anası olduğunu bildirən Kaya özünü  “evdar xanım” kimi təqdim edib. Bununla yanaşı, aylıq gəlirinin 500 min TL olduğunu, ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. O, xüsusilə fond və birja əməliyyatları, eləcə də “Tera Qrup”un rəhbər şəxsləri ilə əlaqələrinə dair iddialara münasibət bildirib.

Kaya “Tera” rəhbərliyi ilə mütəmadi əlaqə saxladığı barədə məlumatların həqiqəti əks etdirmədiyini iddia edib. Onun sözlərinə görə, “Tera İnvestisiya Holdinqi”nin rəhbərlərindən Emre Tezmenlə cəmi bir dəfə qarşılaşıb. Erdin Özel isə bəzi siyasətçilər tərəfindən ona köməkçi kimi tövsiyə edilsə də, heç vaxt bu vəzifədə çalışmayıb.

Kaya Erdin Özellə görüşlərinin siyasi xarakter daşıdığını vurğulayaraq bildirib:

“Onunla nə “Tera” ilə bağlı, nə də birjada həyata keçirdiyim əməliyyatlarla əlaqədar hər hansı söhbətim olub. Buna görə də təşkilata üzv olmaq ittihamını qəbul etmirəm. Azadlığa buraxılmağımı tələb edirəm”.

Fatma Betül Sayan Kaya Emre Tezmen və Erdin Özellə telefon danışıqlarına dair qeydlərin də istintaq materiallarına əlavə olunmasını tələb edib.

Sabiq nazir əvvəllər heç vaxt birja hesabının olmadığını söyləyib. Universitet illərində iqtisadiyyat üzrə təhsil aldığını və birja haqqında müəyyən biliklərə malik olduğunu bildirən Fatma Betül Sayan Kaya siyasi fəaliyyətinə görə uzun müddət investisiya yatırmaqdan çəkindiyini deyib. Onun sözlərinə görə, həyat yoldaşı ilə birlikdə topladıqları vəsaiti dəyərləndirmək qərarına gəliblər.

Kaya prokurorluğun məhkəməyə təqdim etdiyi sənəddə yer alan səhm satışlarının tarixləri ilə də razılaşmadığını bildirib. O, bütün səhmlərini 16 sentyabr 2026-cı ildə satdığı barədə iddianın doğru olmadığını, səhmlərinin yarıdan çoxunu avqust ayında satışa çıxardığını söyləyib.

Kaya fondun ləğvi ilə bağlı qərardan sonra həyat yoldaşı ilə birlikdə vəsaitin geri qaytarılması üçün müraciət etdiklərini də bildirib.

“Bununla yanaşı, sentyabrın 17-də ləğvetmə qərarı çıxarıldıqdan sonra həyat yoldaşımla birlikdə haqsız qazanc kimi qiymətləndirilən məbləği geri qaytarmaq üçün müraciət etdik. Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri bizə oktyabrın 5-nə görüş təyin etdilər. Həmin gün Əmanətlərin Sığortalanması Fondu tərəfindən bildirilən məbləği geri ödədik”, - deyə keçmiş nazir əlavə edib.

 

Məlumata əsasən, məhkəmənin həbs qərarında bir neçə məqam xüsusi vurğulanıb. Bunlar arasında Kayanın fondun ləğvi barədə qərardan bir gün əvvəl əməliyyat aparması, “Tera Qrup”un rəhbər şəxsləri ilə əlaqələri və ilk dəfə birjaya investisiya yatırmasına baxmayaraq, böyük məbləğdə vəsait qoyması yer alıb.