📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həbsdə olan generalın məhkəməsində şahidlər dindirildi

2024-01-12 14:16:35

Həbsdə olan generalın məhkəməsində şahidlər dindirildi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs video-konfrans vasitəsilə qatılıb.

Məhkəmədə şahidlər dindirilib. Proses yanvarın 30-da davam etdiriləcək.

Qeyd edək ki, T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir. (Unikal)