📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həbsxanada 6 məhkum bir nəfəri döydü, rəis işdən qovuldu

2022-06-21 20:37:00

Həbsxanada 6 məhkum bir nəfəri döydü, rəis işdən qovuldu

Rusiyanın Vladimird şəhərində 5 saylı islah koloniyasının rəisi və onun tabeliyində olan bir neçə nəfər 6 məhbusun bir məhkumu döyməsinə görə işdən çıxarılıb.

Bu barədə "İnterfaks" Federal Penitensiar Xidmətin mətbuat bürosuna istinadən xəbər verir.

Agentliyin məlumatına görə, döyüldükdən sonra zərərçəkmiş ağır bədən xəsarətləri ilə yerli xəstəxanalardan birinə çatdırılıb. Daha sonra hadisə faktını yoxlamaq üçün Federal Penitensiar Xidmətin mərkəzi aparatının bir qrup əməkdaşı rayona ezam olunub. Komissiya müəyyən edib ki, hadisəyə səbəb "müəssisədə saxlanma rejiminin müəyyən edilmiş qaydalarına əməl olunmasına inzibati aparat tərəfindən nəzarətin zəifləməsi" olub. \\Milli.Az