"Həbsxanalar dolduğu üçün 40 min məhbus azad ediləcək"
2024-07-08 10:20:06
Hurriyyet.az xəbər verir ki, "Tayms" nəşrinin öz mənbələrinə istinadla verdiyi məlumata görə, Britaniyanın yeni Baş naziri Kir Starmerin qərarı ilə 40 min məhbusun azadlığa buraxılacağı gözlənilir. Səbəb olaraq, həbsxanaların həddən artıq dolu olduğu göstərilir. Amnistiyanın yaxın həftələrdə elan ediləcəyi qeyd edilir. Seksual zorakılıq, zorakılıq və ya terrorçuluqlar əlaqədar olmayan məhbuslar, həmçinin cəza müddətinin yarısından çoxunu çəkmiş şəxslər azad edilə bilərlər.
Hürr Tərcüman