📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həbsxanaya 6 büküm narkotik keçirmək istədi - Foto

2026-11-27 13:25:48

Həbsxanaya 6 büküm narkotik keçirmək istədi - Foto

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Hurriyyet.net  xəbər verir ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.//Qafqazinfo