📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Heç bir ölkə bir gecədə Avropa İttifaqına üzv ola bilməz" - Cozep Borell

2022-03-12 15:06:00

"Heç bir ölkə bir gecədə Avropa İttifaqına üzv ola bilməz".

APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Antalya Diplomatiya Forumu çərçivəsində çıxış etdiyi paneldə deyib.

"Heç bir ölkə bur gecədə Aİ-yə üzv ola bilməz. Yerinə yetirilməli olan prosedurlar var. Ukraynanın müraciəti ilə bağlı artıq proses başlayıb, bilirsiniz. Və bu proses Aİ-nin üzvlüklə bağlı müvafiq proseduruna uyğun həyata keçiriləcək", Borrell deyib.