"Heç bir təzyiq altında deyiləm" - Tramp
2026-05-13 11:03:01
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin "WABC Radiosu"na verdiyi müsahibədə İranla bağlı son vəziyyəti qiymətləndirib.
D.Tramp bildirib ki, İran rəsmiləri ona zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verəcəklərini deyiblər və İranın uranı zənginləşdirməyi dayandıracağına və o, nüvə silahı istehsal etmək səylərindən imtina edəcəyinə "100 faiz" əmindir.
Tramp həmçinin ABŞ-nin İranda vurulan nüvə obyektlərindən nüvə tozunu təmizləyəcəyini və bu məsələ ilə bağlı danışıqların davam etdiyini bildirib.
İranla razılaşmaq üçün hər hansı bir təzyiq altında olub-olmadığı ilə bağlı suala cavab olaraq isə Tramp deyib: "Mən heç bir təzyiq altında deyiləm, heç nəyi tələsdirməyəcəyik, oynamalı olduğumuz çoxlu kartımız var".