📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Heç kim İrəvanın KTMT-dən çıxmasını tələb etməyib" - Mirzoyan

2023-10-03 23:25:26

Beynəlxalq tərəfdaşlar heç vaxt rəsmi İrəvanın KTMT-dən çıxmasını tələb etməyiblər.

Hurriyyet.Az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Sizi əmin edirəm ki, bizim tərəfdaşlarımız heç vaxt Ermənistandan KTMT-dən çıxmağı tələb etməyiblər”, - Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə mətbuat konfransında sualları cavablandırarkən deyib.