“Heç kim nə edəcəyini bilmir” - “1 milyon fələstinli fəalkət və xaos içərisindədir”
Həklimlər xəstələri qoyub getməkdən imtina ediblər və öz yaxınları ilə vidalaşıblar
Məlum olduğu kimi, İsrail ordusu Qəzza sakinlərinə cənuba köçmək üçün 24 saat vaxt verib. Lakin təxminən 1.1 milyon əhalinin fiziki olaraq bir gün ərzində hansısa nisbətən təhlükəsiz bölgəyə köçürülməsi mümkünsüzdür. Buna görə də Qəzzada dinc əhali arasında xaos, panika yaşandığına dair məlumatlar daxil olur.
Hurriyyet.az xarici KİV-lərə istinadla xəbər verir ki, İsrailin xəbərdarlığından sonra Qəzzadakı fələstinlilər çaşqın, fəalkətli duruma düşüblər. “Associated Presss” agentliyi bildirir ki, yerli əhali ilə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin nümayəndələrinin də çarəsiz duruma düşdüyü məlum olub. BMT-nin Qəzzadakı təmsilçilərindən olan İnas Hamdan deyib: “Bu, xaosdur. Heç kim nə edəcəyini bilmir. 1 milyon insan panika və xaos içərisindədir”.
Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi Nebal Farsax da bildirib ki, 1.1 milyon insanı bir sutka ərzində evakuasiya etmək mümkünsüzdür. O, qeyd edib ki, hazırda xəstəxanalarda çoxlu sayda yaralı, körpə uşaq, qadın və qocalar var. Onların aqibətinin necə olacağı bəlli deyil.
Farsax deyib ki, həklimlərin bir hissəsi xəstələri qoyub getməkdən imtina ediblər və artıq bəri başdan öz yaxınları ilə vidalaşıblar.
“AzPolitika.info”