📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Heç kim Rusiyaya məlumat verməyib" - Kreml Türkiyə və Ukraynanı ittiham etdi

2023-07-08 21:21:00

"Azovstal" müdafiə komandirlərinin Türkiyədən Ukraynaya qayıtması onların Rusiya əsirliyindən azad edilməsi çərçivəsində əldə edilmiş razılaşmaların pozulması deməkdir".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, razılaşmanın şərtlərinə görə, beş komandir münaqişə bitənə qədər Türkiyədə qalmalı idi:
"Qaytarma şərtləri həm Türkiyə tərəfi, həm də Kiyev tərəfindən pozulub. "Azovstal"ın müdafiə komandirlərinin geri qayıtması barədə Rusiyaya heç kim məlumat verməyib".
Qeyd edək ki, bu gün "Azovstal"ın beş müdafiə komandiri bir neçə ay Türkiyədə müşahidə altında qaldıqdan sonra Ukraynaya qayıdıb. İyulun 7-də Türkiyəyə uçan və orada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Ukrayna Prezidenti Volodimir Zelenski hərbçiləri şəxsən vətənlərinə aparıb.\\Yeniavaz.com