📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həcc ziyarətinin qiyməti açıqlandı - Sabahdan sənəd qəbuluna başlanılır

2022-05-24 15:33:00

Həcc ziyarətinin qiyməti açıqlandı -  Sabahdan sənəd qəbuluna başlanılır

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna sabahdan başlanılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. O qeyd edib ki, Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir.

Qeyd edilib ki, bu il Azərbaycana 680 nəfərlik kvota verilib.

Həcc ziyarətinin qiyməti təqribən 9100 manat təşkil edir.