📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həftəsonları bu istiqamətdə əlavə reyslər olacaq

2026-11-05 12:23:14

Həftəsonları bu istiqamətdə əlavə reyslər olacaq

Noyabrın 14-dən 30-dək Bakı–Ağstafa–Bakı marşrutuna həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. 

Bildirilib ki, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.