Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur? - RƏSMİ CAVAB
2021-08-20 12:04:00
“Həftəsonu nəqiyyatın məhdudlaşdırılmasının səbəbi aktivliyi aşağı salmaqdır. Sentyabra qədər hələ vaxt var”.
HURRİYYET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı müzakirə aparılmır.