📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həkim göndəriş vermədi, qadın doğuş zamanı öldü

2024-06-07 12:33:57

Həkim göndəriş vermədi, qadın doğuş zamanı öldü

Bu gecə Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.

Hurriyyet.az Oxu.az-a istinadla xəbər verir ki, onun hamiləliyi riskli olub.

Qadının ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Qeyd olunub ki, ana həyatını itirsə də, körpə sağdır.

Eyni zamanda qeyd olunub ki, doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.

Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı Zərdab Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.