📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həkim səhvən xəstənin sağlam gözünü çıxardı

2022-06-24 22:47:00

Həkim səhvən xəstənin sağlam gözünü çıxardı

Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.

Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib.

Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir. \\Report