📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həkimdən əhaliyə çağırış: Qapalı məkanlarda ikiqat maska taxılması tövsiyə edilir

2022-01-12 13:20:00

Həkimdən əhaliyə çağırış: Qapalı məkanlarda ikiqat maska taxılması tövsiyə edilir

“Omikron” ştamının yoluxduruculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Mədinə Abdullayeva deyib. O bildirib ki, koronavirusdan qorunmaq üçün əsas vasitə vaksindir:

“Peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur. Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda”.