📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həkimi öldürənlərin görüntüləri yayıldı - VİDEO

2023-01-12 21:17:00

Həkimi öldürənlərin görüntüləri yayıldı - VİDEO

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovu öldürməkdə şübhəli bilinən şəxslərin videogörüntüləri yayılıb.

Xezerxeber.az xatırladır ki, həmin şəxslər tululublar.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib ki, yanvarın 10-da saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Xezerxeber.az həmin şəxslərin görüntülərini təqdim edir: