📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həkimin pul qabısını belə oğurladı – Anbaan video

2024-10-11 10:33:47

Həkimin pul qabısını belə oğurladı – Anbaan video

Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya düşüb.

Hurriyyet.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində fəaliyyət göstərən stomatoloji klinikada baş verib.

Belə ki, oğurluq əməlini törədən şəxs həkim-stomatoloqun otağına girərək ona məxsus pul qabını götürüb və mərkəzi tərk edib.

Şəxsin törətdiyi əməl isə otaqda quraşdırılan təhlükəsizlik kamerasi ilə anbaan qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.