📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hələ bitməyib” – ÜST dünya ölkələrini maska rejiminə qayıtmağa çağırır

2022-07-14 13:46:00

“Hələ bitməyib” – ÜST dünya ölkələrini maska rejiminə qayıtmağa çağırır

Hurriyyet.az “İzvestiya” nəşrinə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrini maska rejimini bərpa eləməyə çağırıb. Bu barəsə açıqlamanı dünən ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus verib. O, “Skay Nyus” kanalına müsahibəsində deyib: “Kovid-19 virusuna yoluxma hallarının artması məni narahat edir. Bu onsuz da yüklənmiş səhiyyə sistemlərinin və tibb işçilərinin yükünü daha da artırır”.

Tedros Adhanom Qebreyesus deyib: “Xəstəliklərin yeni dalğası Kovid-19-un hələ sona çatmadığını göstərir”.

Hürr Tərcüman