“Həm adaşıq, həm də yaşıd...”
2026-02-25 21:58:35
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüblər.
“Qafqazinfo”nun məlumatına görə, Prezidentlə sakin arasında maraqlı dialoq yaşanıb:
Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığı arzulayıram, xoşbəxt yaşayın.
Sakinlər: Sağ olun.
Kişi sakin: Yaxşı yol. Mən 59 təvəllüdəm, Siz 62.
Prezident İlham Əliyev: Mən 61-əm.
Qadın sakin: Mən də 61-əm.
Prezident İlham Əliyev: Həm adaşıq, həm yaşıdıq.
Qadın sakin: Nəvəmin də adı İlhamdır. Allah İlhamları qorusun!
Kişi sakin: Allah Sizi qorusun! Yaxşı yol, sağ-salamat.
Prezident İlham Əliyev: Sağ olun.