📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Həm Təl-Əviv, həm də Tehran atəşkəsi pozur” – Tramp

2025-06-24 20:31:16

“Həm Təl-Əviv, həm də Tehran atəşkəsi pozur” – Tramp

ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin pozulması fonunda həm İsraildən, həm də İrandan razı olmadığını bildirib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp həm Təl-Əvivin, həm də Tehranın bir neçə saat əvvəl elan edilmiş atəşkəsi pozduğunu bildirib.
Bu baxımdan, Amerika lideri hər iki tərəfdən, xüsusilə də İsraildən razı olmadığını bildirib.
Agentlik yazır ki, o, həmçinin İranın nüvə potensialının məhv olduğunu qeyd edib. \\Yeniavaz.com