📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS Avropa dövlətlərinə razılığını bildirib

2024-05-22 13:17:47

HƏMAS Avropa dövlətlərinə razılığını bildirib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı Fələstinin İrlandiya, İspaniya və Norveç tərəfindən müstəqil dövlət kimi tanınmasını alqışlayıb. 
Hərəkatın "Teleqram" kanalında dərc olunmuş xüsusi bəyanatında deyilir: “Biz Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətinin tanınması barədə bəyanatlarını alqışlayırıq və bunu Fələstin xalqının öz müstəqil dövlətini yaratmaq hüququnun müdafiəsi istiqamətində mühüm addım hesab edirik”.


Hürr Tərcüman