📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS: "BMT-nin atəşkəs təklifini qəbul edirik"

2024-06-11 13:24:36

HƏMAS:

Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, HƏMAS təmsilçisi Sami Əbu Zuhri təşkilatın  BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarını qəbul etdiyini və detallarla bağlı müzakirələrə hazır olduğunu bildirib.
Əbu Zuhri "Röyter" agentliyinə açıqlamasında İsrailin bu qərara əməl etməsini təmin etməyin Vaşinqtonun əlində olduğunu deyib.
Onun sözlərinə görə, HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs, İsrail qoşunlarının geri çəkilməsi və girovların İsrail tərəfindən saxlanılan məhbuslarla dəyişdirilməsi ilə bağlı qətnaməsinin şərtlərini qəbul edir.
Əbu Zuhri deyib: “ BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası yolu ilə İsraili hücuma dərhal son qoymağa məcbur etmək öhdəliyini yerinə yetirmək məsələsində ABŞ administrasiyası əsl sınaq qarşısındadır”.
Hürr Tərcüman