HƏMAS ciddi səhvə yol verdi - Qallant
2023-10-07 14:03:37
HƏMAS İsrail dövlətinə qarşı müharibəyə başlamaqla ciddi səhvə yol verdi.
Hurriyyet.az xəbər verir ki, bunu yəhudi dövlətinin müdafiə naziri Yoav Qallant bildirib.
“Müdafiə ordusu bölmələrinin əsgərləri düşmənin nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. İsrail dövləti bu müharibədə qalib olacaq”, - müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS oktyabrın 7-də İsrailə müharibə elan edib.