HƏMAS-dan ETİRAF: israilli girovları öldürmüşük, yaralamışıq
2024-08-13 10:34:13
HƏMAS öz silahlıları tərəfindən israilli girovları öldürdüyünü, yaraladığını etiraf edib. Belə ki, Qəzza zolağında HƏMAS-ın hərbi qanadının yaraqlılarının iştirakı ilə baş verən iki ayrı insident nəticəsində bir israilli girov öldürülüb, iki girov yaralanıb. Bunu HƏMAS-ın ali rəhbərliyinin nümayəndəsi Əbu Ubeydə deyib. Bir hadisədə silahlı şəxs qoruduğu kişini, digərində isə iki qadını ölümcül yaralayıb.
“Bu, ilk dəfədir ki, Əl-Qəssam öz mühafizəçilərinin girovları öldürdüyünü deyir. Qrup tez-tez girovların əvvəlki qətllərini İsrailin bombardmanları ilə əlaqələndirirdi”, deyə “Reuters” yazır.
İsrail ordusunun mətbuat xidməti hələlik bu məlumatı təkzib edəcək və ya təsdiq edəcək məlumata malik olmadığını bildirib.
Lalə, Hurriyyet.az