HƏMAS "Əqsa tufanının" yeni görüntülərini yaydı - VİDEO
Qəzza zolağından İsrailə qarşı raket hücumlarını davam etdirən HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları, İsrail ərazisindən qurudan təşkil etdikləri "Əqsa tufanı"nın yeni görüntülərini paylaşıb.
Hurriyyet.az xəbər verir ki, İsrail ordusu 'Əqsa tufanı' adlı əməliyyata qarşı döyüş rejiminə keçib. İsrail döyüş təyyarələri Qəzzanı güclü bombardmana tutublar. Beyt Hanun qəsəbəsində, Qəzzanın cənub və mərkəzi hissəsində dövlət qurumlarına məxsus evlər və binalar hədəfə alınıb. Hücumlarda 159 ev dağılıb, 1200-dən çox evə ziyan dəyib.
İsraildə Netanyahu hökuməti ölkədə müharibə vəziyyətinin elan edildiyini açıqlayıb.
İsrail ordusunun sözçüsü Qəzza zolağına edilən hücumlarda 400 Həmas üzvünün öldürüldüyünü açıqlayıb.
HƏMAS-ın hücumlarında həlak olan İsrail əsgərlərinin sayı 70-i keçib. Qəzza sərhədindəki 24 yaşayış məntəqəsindən mülki əhalini təxliyə edilib. İsrail mediası 750 israillinin itkin düşdüyünü açıqlayıb.
publika.az