📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS Ərdoğana minnətdarlığını bildirdi

2024-04-17 21:09:20

HƏMAS Ərdoğana minnətdarlığını bildirdi

HƏMAS hərəkatı çərşənbə günü parlamentdə bir daha səsləndirdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

“Prezident Ərdoğana HƏMAS hərəkatına cəsarətli dəstəyinə görə dərin minnətdarlığımızı və qürurumuzu bildiririk ki, onun cəsarətli sözləri və nəcib mövqeyi qardaş türk xalqının tarixi və həqiqi mövqeyini təcəssüm etdirir və torpaqlarımızı azad etmək, ona qayıtmaq uğrunda mübarizəmizə dəstək verir”, - HƏMAS-ın bəyanatında bildirilib.

Qeyd edək ki, daha əvvəl parlamentdə çıxış edən Ərdoğan HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bir daha vurğulayıb. \\Redaktor.Az