📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"HƏMAS-ı məhv etmək çox vaxt aparacaq" - Baş qərargah rəisi

2023-10-12 21:10:27

“Qəzzanı zolağını idarə edənləri məhv edəcəyik. Orada qalanlar İsrail dövlətinə zərər verməməyin daha yaxşı olduğunu anlayacaqlar”.

Bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi danışıb.

O bildirib ki, HƏMAS-ı məhv etmək çox vaxt aparacaq.

“Düşmənə ölümcül zərbə vurmaq üçün bizə təmkin və soyuqqanlılıq, birlik və həmrəylik lazımdır. Biz hamımız bunun üçün çalışırıq. Biz HƏMAS-ı yerlə-yeksan edəcəyik və İsrailin cənubundakı sakinlərə dinc və əmin-amanlıq təmin edəcəyik”, – deyə Herzi Halevi əlavə edib. \\KONKRET.az