📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS ilə İsrail arasında razılaşma əldə edilməyib

2023-12-21 11:46:05

HƏMAS ilə İsrail arasında razılaşma əldə edilməyib

Hurriyyet.az xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı İsrailin saxlanılan şəxslərin azad edilməsi qarşılığında bir həftəlik atəşkəs təklifini rədd edib.

Bu barədə “Vol Strit Cornel” (Wall Street Journal) nəşri məlumat verib.

Misirli məmurların verdiyi məlumata görə, HƏMAS əvvəlcə atəşkəs rejiminin qüvvəyə minməli olduğunu, bundan sonra isə girovların mübadiləsi məsələsinin müzakirəsinin başlanmasının zərurətini bəyan edib.

Qəzetin yazdığına görə, HƏMAS-ın imtinası danışıqların dayandırılması demək deyil,  İsrailin daha ciddi güzəştlərə getməyə məcbur edilməsi üçün strateji addımdır.  

İsrail qadınlar, uşaqlar və xəstə qocalar da daxil olmaqla 40 girovun azad olunması müqabilində Qəzza sektorunda əməliyyatların müvəqqəti dayandırılmasını və anklava daha çox humanitar yardım göndərilməsinə imkan verməyi təklif edir.                                                                  

Hürr Tərcüman