HƏMAS ilə İsrail arasında yeni razılaşma əldə edilə bilər
2023-12-12 10:30:41
Hurriyyet.az xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail hakimiyyəti arasında gələn həftə yeni danışıqlar başlana bilər. Danışıqların mövzusunun əsir mübadiləsini davam etdirmək üçün növbəti razılaşma olacağı gözlənilir.
Bu barədə məlumatı “Əl Ərəbiyyə” kanalı Fələstindəki mənbəyə istinadla verib.
Hürr Tərcüman