📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS-ın 300-dən çox döyüşçüsü məhv edildi

2024-09-20 10:02:17

HƏMAS-ın 300-dən çox döyüşçüsü məhv edildi

İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərində HƏMAS-ın 300-dən çox döyüşçüsü və silah anbarının məhv edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

Məlumata görə, Rəfahın qərbindəki Tell-es-Sultan rayonunda 300 silahlı öldürülüb. Bundan başqa, uzaq mənzilli raket, silah və sursatların saxlanıldığı anbar məhv edilib.