"HƏMAS-ın ilkin hücumu terror aktı deyil"- FƏRHAD MEHDİYEV
"Bu, dövlətlərarası münaqişə və müharibə hüququ kontekstində qiymətləndirilməlidir"
"HƏMAS-ın ilkin hücumu terror aktı deyil. Çünki Fələstin xeyli ölkələr tərəfindən tanınmış dövlətdir, HƏMAS isə Qazzada seçilmiş strukturdur. İndi hər şeyə terror deyilir, texniki olaraq doğru deyil". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev qeyd edib.
Politoloqun fikrincə, HƏMAS-ın hücumu dövlətlərarası münaqişə və müharibə hüququ kontekstində qiymətləndirilməlidir: "İlkin hücum sırasında HƏMAS mülki şəxsləri öldürürsə, müharibə cinayəti törətmiş olur və beynəlxalq humanitar hüquq qaydalarını pozur. Bu arada, deyilənə görə, Fələstin Roma Statusunu təsdiq edib və bu halda Beynəlxalq Cinayət Məhkəməsi (İCC - International Criminal Court-V.B.) orda olub bitənlərə dair yurisdiksiyaya sahibdir. Lakin məlum olmayan məqam budur - Fələstin sərhədləri harda başlayır və HƏMAS bu əməliyyatı öz ərazisində törədib, ya yox?"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az