📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS-ın İsrailə hücumu ilə bağlı SENSASİON DETALLAR - İran kəşfiyyatı avqustda...

2023-10-09 13:05:44

HƏMAS-ın İsrailə hücumu ilə bağlı SENSASİON DETALLAR - İran kəşfiyyatı avqustda...

HƏMAS və "Hizbullah" rəsmiləri İsrailə qarşı hücumu planlaşdırmaq üçün avqust ayında Beyrutda İran kəşfiyyatı ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, İranın təhlükəsizlik rəsmiləri HƏMAS-a İsrailə qarşı hücumu planlaşdırmağa kömək edib və terror təşkilatına bunu həyata keçirmək üçün “yaşıl işıq” yandırıb.

Nəşr bir neçə yüksək vəzifəli HƏMAS və "Hizbullah" rəsmilərinə istinadən xəbər verir ki, onlar bu planları Beyrutda keçirilən bir neçə görüş zamanı müzakirə ediblər.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri İsrail ərazisinə havadan, dənizdən və qurudan hücumu planlaşdırmaq üçün avqust ayından etibarən HƏMAS ilə əməkdaşlıq edib.

Musavat.com