📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS-ın yeraltı tunellərində israilli girovun meyitini tapdı

2023-12-25 09:37:00

HƏMAS-ın yeraltı tunellərində israilli girovun meyitini tapdı

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın yeraltı tunellərində 5 israilli girov cəsədinin tapıldığını açıqlayıb. 

Hurriyyet.az xəbər verir ki, məlumata görə, ölənlər arasında 3 hərbçi də var. 

Cəsədlər Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı aşkar edilib. Qeyd olunub ki, "strateji tunellər şəbəkəsi” aşkar edilib. 

Şəbəkə iki səviyyədən ibarət olub. Birincisi 10 metr dərinlikdə, ikincisi isə onlarla metr dərinlikdə yerləşib. Dərinlikdə silahlar və onların istehsalı üçün infrastruktur aşkar edilib. İnfrastruktur dağıdılıb. 

Girovların ölüm şəraiti məhkəmə-tibb ekspertlərinin təhlilindən sonra müəyyən edilərək elan ediləcək. 

yenisabah.az