📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS İsrailin hava limanına hücum etdi

2023-10-13 16:56:53

HƏMAS İsrailin hava limanına hücum etdi

HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadası İsrailin əsas beynəlxalq hava limanı olan David Ben-Qurion hava limanına raket hücumu təşkil etdiyini bildirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə HƏMAS Teleqram kanalında məlumat yayıb.

“İzzəddin əl-Qəssam Briqadasının döyüşçüləri İsrailin mülki şəxslərə hücumuna cavab olaraq Ben Qurion hava limanına zərbələr endiriblər”, - məlumatda deyilir.

İsrail tərəfi hələlik hava limanının atəşə tutulduğunu təsdiqləməyib./Axar.az/