📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS İsraillə razılaşmaq üçün şərt qoydu

2024-06-04 22:02:23

HƏMAS İsraillə razılaşmaq üçün şərt qoydu

İsrail Qəzza zolağına hücumlarını tamamilə dayandırıb bölgədən çəkilməyənə qədər Təl-Əvivlə heç bir razılaşma olmayacaq.

Hurriyyet.az xəbər verir ki, Livanın paytaxtı Beyrutda keçirilən mətbuat konfransında Həmdan, ABŞ prezidenti Co Baydenin açıqladığı 3 mərhələdən ibarət atəşkəs təklifi ilə bağlı açıqlamalar verib.

HƏMAS-ın vasitəçi  tərəflərə “İsrailin daimi atəşkəs və Qəzzadan çəkilmə ilə bağlı dəqiq cavab verməsi” şərtini  ifadə edən Həmdan deyib:

Müharibənin həmişəlik dayandırılması və Qəzzadan çəkilmə ilə bağlı dəqiq mövqeyi olmayan İsraillə heç bir razılaşma olmayacaq”.

Oktyabrın 7-dən bəri  həbsdə saxladığı fələstinlilərin azad edilməsi üçün beynəlxalq ictimaiyyəti İsrailə təzyiq etməyə çağıran Həmdan, İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı insan haqları pozuntularının artmasına diqqət çəkib.

Həmdan bildirib ki, onun Qəzzadakı israilli məhbusların azad edilməsi üçün şərtləri İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsidir.

Qeyd edək ki,ABŞ prezidenti Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildirib.

İfrat sağçı maliyyə naziri Bezalel Smotrich və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Netanyahunu ABŞ prezidenti Baydenin elan etdiyi atəşkəs təklifini qəbul edəcəyi təqdirdə hökuməti devirməklə hədələyib./AA