HƏMAS lideri Moskvada - Rusiya ilə əlaqələrdən danışdı
Hurriyyet.az xəbər verir ki, Fələstinin HƏMAS təşkilatının liderlərindən olan doktor Musa Əbu Marzuk növbəti dəfə Moskvaya səfər edib. O, "Pravda.ru" nəşrinə müsahibəsində səfərinin məqsədinin İsrail ilə müharibədə atılacaq növbəti addımları Rusiya rəhbərliyi ilə birlikdə müzakirə etmək olduğunu bildirib.
HƏMAS lideri Rusiyaya ildə azı iki dəfə səfər elədiyini, buna görə də, bu görüşün onun üçün qeyri-adi olmadığını söyləyib.
Doktor Musa Əbu Marzuk deyib: "Rusiyanın Fələstindəki bütün qüvvələrlə əlaqləri var, buna görə də biz FATH və Fələstinin digər təşkilatları ilə barışıq məsələsini müzakirə etdik. Biz Rusiyanın beynəlxalq siyasətdəki rolunun daha da fəallaşmasına səy göstəririk. HƏMAS-ın saxladığı hərbi əsirlər arasında ikili vətəndaşlığa - Rusiya və İsrail pasportlarına malik olanların azad edilməsi barəsində danışdıq. Lakin onlar döyüş vaxtı əsir düşüblər - onlar əsgərdirlər. Hazırda doqquz nəfərdirlər".
Marzuk HƏMAS-ın Fələstin və Yaxın Şərq ilə bağlı məsələlərdə ABŞ-a qarşı duracağını gözlədiyini də əlavə edib.
Hürr Tərcüman