HƏMAS təmsilçiləri Livana səfər ediblər - İranın xarici işlər naziri də Beyruta yollandı
2023-11-22 12:59:47
Hurriyyet.az xəbər verir ki, Livanın “Al Manar” telekanalının məlumatına görə, Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Livana gedib. Onları şiə “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullah qəbul edib.
Açıqlamada deyilir: “Seyid Həsən Nəsrullah HƏMAS hərəkatının Xəlil Əli Hayenin başçılıq elədiyi nümayəndə heyətini qəbul edib. HƏMAS rəhbərliyindən Üsame Həmdan da nümayəndə heyətinin tərkibində ölkəyə səfər edib”.
Görüş zamanı Qəzzadakı müharibə məsələsi müzakirə edilib.
Mətbuatın məlumatına görə, İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan da eyni vaxtda Livanın paytaxtı Beyrut şəhərinə səfərə yollanıb.
Hürr Tərcüman