Həmin andan sonra ondan xəbər almaq mümkün olmadı... - VİDEO
2026-06-16 22:38:51
Tovuzda gənc oğlanın çayda batdığı ehtimal olunur.
Hurriyyet.info Xezerxeber.az -a istinadən xəbər verir ki, 22 yaşlı Ağdam rayon sakini İlham Şirinov Bakıdan Tovuz rayonunun Dondar Quşçu kəndinə qohumlarına qonaq gəlib. çay kənarına gəzintiyə çıxan gənc ayağı sürüşərək suya düşüb. Hadisədən sonra ondan xəbər tutulmayıb
Son günlər intensiv yağan yağış Tovuz çayında suyun səviyyəsini və axar sürətini artırıb.
Gəncin batdığı ehtimal olunan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Faktın təfərrüatları rayon prokurorluğunda araşdırılır.
Hurriyyet.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.