📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həmin gülə Messinin adı verildi

2026-10-18 14:13:45

Həmin gülə Messinin adı verildi

Peruda yeni bitki növü aşkar edilib və ona səkkizqat “Qızıl top” sahibi, argentinalı futbolçu Lionel Messinin adı verilib.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “The Athletic” nəşri məlumat yayıb.

Nəsli kəsilmək təhlükəsi altında olan bu yeni növə “Salvia messii” adı verilib. Bitkinin mavi və ağ rəngli çiçəkləri Argentina milli komandasının formasının rənglərini xatırladır.

Bitki And dağlarının yüksək dağlıq ərazilərində – Perunun mərkəzi və cənub hissələrində tapılıb.